Ermənistanın baş prokuroru Artur Davtyan ölkədə oğurluq cinayətlərinin artması ilə bağlı həyəcan təbili çalıb.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, 2018-ci ildə paytaxt Yerevanda mənzillərin qarət edilməsi cinayətləri iki dəfə artıb. 2017-ci ildə bu şəhərdə 10324, 2018-ci ildə isə 11344 cinayət hadisəsi baş verib. Yerevan prokuroru Gevorq Baqdasaryan bildirib ki, mənzil oğrularının sayının artması hüquq-mühafizə orqanlarını daha çox narahat edir. Belə ki, 2017-ci ildə paytaxtda mənzillərdən oğurluq halları 441, ötən il isə 801(81,6 faiz çox) olub. Baş prokurorun sözlərinə görə, cinayətlərin artmasının əsas səbəbi sahə müvəkkillərinin yarıtmaz fəaliyyətidir.
Prokurorluq nəzarətdən çıxmış vəziyyəti nizama salmaq üçün riskli rayonların müəyyən olunması və həmin yerlərdə gücləndirilimiş post-patrul xidmətinin aparılması barədə göstəriş verib.
Ekspertlər isə mənzil oğrularının sayının artmasını ötən il verilmiş amnistiya ilə əlaqələndirirlər. Belə ki, əfv edilmiş 581 məhkumdan 42-si yeni cinayətlər törədiblər.