Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Sərhəd Polisinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistandan bu ölkəyə gizli yolla keçmək istəyən 7 nəfər saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Məlumatda bildirilir ki, əməliyyat Ermənistan ilə Gürcüstan arasındakı “Sadaxlı” sərhəd-keçid məntəqəsinin nəzarət olunmayan ərazisində keçirilib. Nəticədə sərhədi gizli və qanunsuz yolla keçmək istəyən 3 nəfər Banqladeş, 3 nəfər Hindistan və 1 nəfər Yəmən vətəndaşı saxlanılıb. Həmin şəxslərin Ermənistana hansı yolla gəldikləri barədə məlumat yoxdur.