Ermənistan Belarusdan çağırdığı səfir Razmik Xumaryanı geri qaytarmaq niyyətində deyil.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Sputnik-Armenia” diplomatik mənbələrə istinadən məlumat yayıb.
R. Xumaryan 2024-cü ilin iyununda Belarusdan məsləhətləşmələr üçün çağırılıb.
Qeyd edək ki, dekabrın 26-da Avrasiya İqtisadi İttifaqının toplantısına videokonfrans vasitəsilə qatılan Ermənistanın Baş naziri Nikol Paşinyanla Belarus Prezidenti Aleksandr Lukaşenko arasında mübahisə yaranıb.
Buna səbəb N. Paşinyanın ölkəsinin nümayəndə heyətinin ittifaqın sammitinə qatılmayacağı barədə bəyanatı olub. A. Lukaşenko isə Ermənistan hökumətinin başçısına irad tutub: “Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.