2024-cü ildə Türkiyədə baş verən yol nəqliyyat hadisələrinin 53 faizinə motosiklet sürücüləri səbəb olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Məlumata əsasən, il ərzində Türkiyənin motosikletlərdən daha çox istifadə edilən şəhərlərində bu nəqliyyat vasitəsinin sürücüləri barədə ümumilikdə 2,9 milyona yaxın inzibati xəta protokolu tərtib edilib.
Nazir bununla bağlı etdiyi paylaşımda motosiklet sürücülərinə səslənərək “Səfərlər sizi sevdiklərinizə qovuşdurmaq üçündür, ayırmaq üçün deyil” - sözlərinə yer verib.
Qeyd edək ki, bu ilin səkkiz ayı ərzində Türkiyədə motosikletlərin səbəb olduğu qəzalarda 75 minə yaxın insan ölüb və ya xəsarət alıb.
Mütəxəssislər ölkədə motosikletlərin sayının sürətlə artmasına diqqət yönəldirlər.