ABŞ-da sürücü yük maşınını izdihamın üzərinə sürüb, 15 nəfər ölüb

A- A A+

ABŞ-ın Yeni Orlean şəhərində şübhəli şəxsin yük maşınını Yeni ilin gəlişini qeyd edən insanlara tərəf sürməsi nəticəsində ölənlərin sayı azı 15-ə çatıb.

NUHÇIXAN-ın məlumatına görə, FTB-nin Yeni Orleandakı ofisindən şübhəli şəxsin təkbaşına hərəkət etmədiyinə dair şübhələrin olduğunu açıqlayıblar. Polis müşahidə kameraları vasitəsilə bir neçə nəfərin hücumdan əvvəl ərazidə partlayıcı qurğular yerləşdirdiyini aşkar edib. Hüquq-mühafizə orqanları həmin şəxslərin müəyyən edilərək nəzarətə götürülməsi istiqamətində iş aparırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: