Türkiyənin Malatya şəhərində zəlzələ olub

A- A A+

Yanvarın 4-ü Türkiyənin şərqindəki Malatya vilayətində 4 bal gücündə zəlzələ baş verib.

NUHÇIXAN Türkiyə Daxili İşlər Nazirliyi yanında Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla saat 10:35-də qeydə alınan yeraltı təkanların episentri Darende bölgəsində yerləşib. Zəlzələnin ocağı 10,43 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: