Avropa Komissiyasının Prezidenti səhhəti ilə əlaqədar bütün görüşlərini ləğv edib

A- A A+

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen səhhəti ilə əlaqədar bütün görüşlərini ləğv edib.

NUHÇIXAN “Bild” qəzetinə istinadla xəbər verir ki, o, pnevmaniyaya yoluxduğu üçün yanvarın ilk iki həftəsi ərzində görüşlərini ləğv etməli olub. Ləğv edilən tədbirlər arasında Polşanın Avropa Şurasında sədrliyə başlaması ilə əlaqədar Qdanska planlaşdırılan səfər də var.

Onun öz vəzifələrini Hannoverdən icra etdiyi, səhhəti yaxşılaşdıqda yanvarın ortalarından etibarən Brüsseldəki ofisində fəaliyyətini davam etdirəcəyi bildirilib.

Altmış altı yaşlı Ursula Fon der Lyayen 2019-cu il dekabrın 1-dən Avropa Komissiyasının Prezidentidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: