Rusiyanın hərbi helikopteri qəzaya uğrayıb, ekipaj üzvləri ölüb

A- A A+

Rusiyanın Voronej vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə yerli “MOYO!” nəşrinə regionun İstintaq Komitəsindən bildirilib.

“Mi-28 hərbi helikopteri Voronej vilayətində qəzaya uğrayıb və yanıb. Faciə yanvarın 1-də baş verib. <…> Müstəntiqlər araşdırmaya başlayıblar”, – nəşr qeyd edib.

Hadisənin təxminən saat 18:00-da baş verdiyi deyilir. Qəzanın səbəbləri bəlli deyil.

Müstəqil “Astra” teleqram kanalı olayda göyərtədə olan hər iki ekipaj üzvünün öldüyünü açıqlayıb. Qəzanın cəbhə xəttindən 250 km məsafədə olduğu qeyd olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: