Bayraktar: Suriyanın enerji sisteminin bərpası üçün investisiya lazımdır

A- A A+

Suriyanın enerji sisteminin bərpası üçün investisiya lazımdır və beynəlxalq ictimaiyyət bu işdə kömək etməlidir.

NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

“Keçən həftə Suriyaya olan nümayəndə heyətimiz artıq geri qayıdıb, ekspertlər ölkənin enerji infrastrukturunun o qədər də qənaətbəxş olmadığı qənaətinə gəliblər”, - nazir deyib.

Bayraktar Türkiyədən Suriyaya, xüsusilə Hələb və Afrin şəhərlərinə elektrik enerjisinin tədarükünə başladığını da açıqlayıb.

“Biz bu tədarükləri cənuba daha da genişləndirə bilərik, bundan əlavə, dizel generatorları üçün yanacaq tədarük edə bilərik”, - nazir qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: