“Microsoft” süni intellektə 80 milyard dollar sərmayə qoyacaq

A- A A+

ABŞ-ın “Microsoft” şirkəti 2025-ci ildə süni intellektin tətbiqi üçün zəruri data mərkəzlərinin yaradılmasına 80 milyard dollar sərmayə qoyacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə şirkətin prezidenti Bred Smit məlumat verib. O, qeyd edib ki, sözügedən məbləğin yarısı ABŞ-dakı infrastruktura xərclənəcək.

Smit əlavə edib ki, bulud xidmətinin və süni intellektin tətbiq sahəsinin genişləndirilməsi üçün böyük data mərkəzlərinin yaradılması mütləqdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: