“Al Jazeera”: Qəzzada münaqişə nəticəsində həlak olan jurnalistlərin sayı 220-yə çatıb

A- A A+

Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsinə İsrailin hava hücumu nəticəsində fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin oktyabrın 7-dən bəri İsrail-Fələstin münaqişəsi nəticəsində həlak olan media nümayəndələrinin ümumi sayı 220-yə çatıb.

Kanal Qəzza Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirir ki, M.Hicazi İsrailin ötən həftə sonu mühasirəyə alınmış əraziyə hücumları zamanı öldürülən 90-a yaxın fələstinli arasında olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: