Ukrayna qoşunlarının Kursk istiqamətində irəliləmək cəhdinin qarşısı alınıb

A- A A+

Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində irəliləmək cəhdinin qarşısı alınıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kursk vilayətinin Berdin yaşayış məntəqəsi yaxınlığında Ukrayna qoşunlarının əsas qüvvələri məhv edilib.

“Rusiya qoşunlarının Kursk istiqamətində irəliləyişini dayandırmaq üçün düşmən Bolşoy Soldatskoye yaşayış məntəqəsi istiqamətində hücum qrupları ilə əks hücuma keçib. Aviasiya və artilleriya qüvvələrinin dəstəyi ilə Şimal qoşun qruplaşmasının bölmələri Ukrayna Silahlı Qüvvələrini irəliləmək cəhdini dayandırıb. Düşmənin əsas qüvvələri Berdin xutoruna yaxınlaşarkən məhv edilib”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

O da bildirilib ki, Kurks vilayətində əks hücum zamanı Ukrayna ordusunun itkiləri 150-dən çox hərbçi, 16 zirehli döyüş maşını, 4 tank, 2 piyada döyüş maşını və bir mühəndis sədd maşını olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: