Çin Tibetdə zəlzələ zonasına yardım üçün 400-dən çox hərbçi göndərib

A- A A+

Çin Xalq Azadlıq Ordusu dağıdıcı zəlzələnin baş verdiyi Tibet Muxtar Rayonuna 400-dən çox hərbçi göndərib.

Bu barədə NUHÇIXAN “Sinxua” agentliyinə istinadən xəbər verib.

Qeyd olunub ki, təxminən 2 min əsgər və zabit yüksək hazırlıq vəziyyətinə gətirilib və istənilən an axtarış-xilasetmə əməliyyatlarına qoşula bilər. Əməliyyat zamanı ölkənin Hərbi Hava Qüvvələrinin helikopterləri, nəqliyyat və tibbi təyyarələri istənilən vaxt cəlb oluna bilər.

Çin Xalq Azadlıq Ordusu zərər çəkmiş əraziləri yoxlamaq üçün pilotsuz uçuş aparatları da cəlb edib.

Son məlumatlara görə, Tibetdə 6,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: