Türkiyədə Kibertəhlükəsizlik İdarəsi qurulub

A- A A+

Türkiyə prezidentinin fərmanı ilə ölkədə Kibertəhlükəsizlik İdarəsi yaradılıb.

NUHÇIXAN xəbər verir ki, bu haqda ölkə başçısının “Rəsmi Qəzetdə” dərc olunan fərmanında deyilir.

Baş qərargahı Ankarada olacaq idarə ölkədə kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə görüləcək bütün işlərdən cavabdeh olacaq.

İdarənin Kiber Müdafiə Baş İdarəsi, Kiber Müqavimət Baş İdarəsi, Ekosistemin İnkişafı Baş İdarəsi, Xarici Əlaqələr Departamenti, İdarəetmə Xidmətləri Departamenti, Hüquq Müşavirliyi, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi kimi şöbələri olacaq.

İdarədə hələlik 135 əməkdaş çalışacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: