Türkiyə hərbçiləri Suriyanın şimalında yaraqlıların dayaq məntəqələrinin yerləşdiyi Suluk yaşayış məntəqəsinə zərbə endiriblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, qəsəbənin cənub rayonları bombardman edilib.
Yanvarın 5-də Türkiyə ordusu Suriyanın şimalında PKK-nın 32 yaraqlısını öldürüb.
Qeyd edək ki, Türkiyə 40 ildən artıqdır ki, PKK terrorçularına qarşı mübarizə aparır.