Tramp: İrana zərbələrin endiriləcəyi sualını axmaq adam cavablayar

A- A A+

ABŞ-nin seçilən Prezidenti Donald Tramp İrana qabaqlayıcı zərbələr barədə suala cavab verməyib.

NUHÇIXAN xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.

Bildirilib ki, “ABŞ İrana qabaqlayıcı zərbələr endirəcək?” sualını Donald Tramp belə cavablandırıb: “Bu, hərbi strategiyadır. Cavab verməyəcəm. Ona yalnız axmaq adam cavab verə bilər”.

“New York Post”un məlumatına əsasən, Donald Tramp İsrailin İranın nüvə obyektlərinə mümkün hücumuna qarşı çıxmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: