Ötən il 80 mindən çox miqrant Rusiyadan məcburi şəkildə çıxarılıb

A- A A+

2024-cü ildə 80 mindən çox miqrant Rusiyadan məcburi şəkildə çıxarılıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Rusiya Məhkəmə İcraçıları Federal Xidmətindən bildirilib.

Qeyd olunub ki, ötən il 80 mindən çox xarici vətəndaş miqrasiya qaydalarını pozduğuna görə Rusiya Federasiyası ərazisindən deportasiya olunub.
Xatırladaq ki, Rusiyada miqrantlarla bağlı qanunlar sərtləşdirlib. Bu ilin yanvarın 1-dən Rusiyaya vizasız gələn xarici vətəndaşların il ərzində ölkə ərazisində qalma müddəti 180 gündən 90 günə endirlib. Yeni qanunvericiliyə görə, polisə xüsusi icazə olmadan miqrantın yaşadığı evə daxil olmaq səlahiyyəti verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: