Yanvarın 8-də Almatı-Antalya marşrutu üzrə KS915 nömrəli reysi həyata keçirən “Airbus A321” tipli sərnişin təyyarəsi Aktau şəhərinin hava limanında məcburi eniş edib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə “Kazinform” “Air Astana” aviaşirkətinə istinadla xəbər yayıb. Enişin səbəbi texniki nasazlıqdır. Təyyarə yerli vaxtla saat 08:35-də Almatı hava limanından havaya qalxıb.
Aviareys yanvarın 9-u saat 09:20-yə təxirə salınıb.
Sərnişinlər qida və mehmanxanada yerləşmə ilə təmin olunublar. Antalyadakı sərnişinlər üçün də oxşar tədbirlər görülür.