Çin ordusu zəlzələ zonasına 2 min köməkçi qüvvə göndərib

A- A A+

Çin silahlı qüvvələri dağıdıcı zəlzələnin baş verdiyi Tibet Muxtar rayonuna 2 minə yaxın adam göndərib.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, yüksək seysmik aktivliyin baş verdiyi Şiqatse şəhərinə 1,6 mindən çox əsgər və zabit, o cümlədən 380-dən çox polis gedib. Onlar dərhal axtarış-xilasetmə işlərinə başlayıblar.

Zəlzələ zonasına hərbi qulluqçulardan əlavə, 3 minə yaxın çadır, çarpayı, generator, 2,5 mindən çox yataq ləvazimatları göndərilib. Bildirilib ki, təhlükəli ərazilərdən 1,2 mindən çox insan təxliyə edilib.

Dağıntılar altında qalmış insanların axtarışı davam edir, yolların təmizlənməsi işləri aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: