Ukrayna Böyük Britaniya və müttəfiqlərindən 30 min yeni PUA alacaq

A- A A+

Böyük Britaniya və müttəfiqləri Kiyevin dronlarla təmin edilməsi üzrə beynəlxalq koalisiya çərçivəsində Ukraynaya 30 min yeni PUA göndərəcək.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Böyük Britaniya və Latviyanın rəhbərlik etdiyi beynəlxalq dron koalisiyası tərəfindən 45 milyon funt-sterlinq məbləğində müqavilələr bağlandıqdan sonra Ukraynaya 30 min yeni dron göndəriləcək", - bəyanatda qeyd olunub.

Bu məqsədlə Böyük Britaniya, Latviya, Danimarka, İsveç və Niderlandın maliyyə dəstəyi göstərəcəyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: