Türkiyə özünə qarşı bütün təhdidləri yox etmək gücünə malikdir.
NUHÇIXAN xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, Suriyanın terrordan tamamilə təmizlənməsi Türkiyənin 2025-ci ildə əsas hədəflərindəndir.
“Məlumdur ki, Suriya xalqı ölkənin yenidən qurulmasında ciddi sınaqlarla üz-üzədir. Türkiyə cərəyan edən son proseslərdə də Suriyanın yanındadır. Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur və gizli vəzifələrinin olması müzakirə mövzusu deyil”, - H.Fidan əlavə edib.
H.Fidan brifinqdə region ölkələrinə çağırış edib.
“Türkiyənin bölgə ölkələrindən gözləntisi basqı və xalqı yoxsulluğa aparma strategiyasından əl çəkməkdir”, - o bildirib.