Avropa İttifaqı Ukraynaya 3 milyard avroluq növbəti kredit tranşı köçürüb

A- A A+

Avropa İttifaqı Ukraynaya Yeddilik Qrupunun (G7) 3 milyard avro həcmində növbəti kredit tranşını köçürüb.

NUHÇIXAN xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu barədə “X” sosial şəbəkəsində yazıb.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə kreditin Rusiyanın müsadirə olunan aktivlərindən əldə edilən gəlir hesabına ödəniləcəyini açıqlayıb. Onun sözlərinə görə, Brüssel bu yolla Kiyevin hərbi ehtiyaclarını ödəmək və Ukrayna iqtisadiyyatını dəstəkləmək niyyətindədir.

G7-nin Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyası nəticəsində əldə edilən gəlirlər hesabına Ukraynaya 40 il müddətinə təqdim olunacaq kredit proqramı 45-50 milyard dollar həcmində nəzərdə tutulur. Bu, o deməkdir ki, Brüssel Böyük Yeddilikdəki tərəfdaşlarına - ABŞ, Böyük Britaniya, Kanada və Yaponiyaya Rusiyanın Avropada dondurulan 200 milyard avrodan çox aktivinin azı 40 il ərzində blokdan çıxarılmayacağına dair vəd verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: