Yəməndə qaz anbarında partlayış olub, ölənlər və yaralılar var

A- A A+

Yəmənin Əl-Bayda əyalətində qazpaylayıcı stansiyalardan birinin anbarında partlayış baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

İlkin məlumata görə, partlayışda 60-dan çox insan xəsarət alıb, yeddi nəfəri xilas etmək mümkün olmayıb.

Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Partlayışın səbəbi müəyyənləşdirilir.

“Arabnews” bildirib ki, yanacaqdoldurma məntəqəsi və qaz anbarının partlaması nəticəsində 8 nəfər ölüb, 50 nəfər yaralanıb.

Sinxua agentliyi isə vurğulayıb ki, Yəmənin mərkəzi Əl-Bayda əyalətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 65-dən çox adam yaralanıb.

Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, partlayış Zaher rayonundakı yanacaqdoldurma məntəqəsində baş verib və zəncirvari reaksiya nəticəsində iki bitişik yanacaqdoldurma məntəqəsi və yaxınlıqdakı ticarət anbarları yanıb.

Partlayış baş verən zaman stansiyada müştərilər olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: