Yəməndə qazdoldurma stansiyasında partlayış zamanı ölənlərin sayı artıb

A- A A+

Yəmənin Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 17 nəfərə çatıb.

Bu barədə NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı onlarla insan xəsarət alıb. Zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib. Onların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, daha əvvəl yaralıların sayının 70 nəfəri keçdiyi xəbər verilib. “Əs-Saura” xəstəxanası çoxsaylı yaralılar səbəbindən yerli sakinləri qan verməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: