KİV: Los-Anceles yanğınları 8 milyon insanı təhdid edir

A- A A+

ABŞ-nin Los-Anceles dairəsində meşə yanğınlarının yayılmasına səbəb olan quru, küləkli hava şəraiti səbəbindən Cənubi Kaliforniya yaxın günlərdə kritik yanğın təhlükəsi altında qalacaq.

NUHÇIXAN bu barədə “ABC News” telekanalına istinadən xəbər verir.

“8 milyondan çox insan kritik yanğın təhlükəsi zonasındadır”, - telekanal bildirib.

Məlumata görə, bu vəziyyət yanvarın 15-i çərşənbə gününə qədər davam edəcək.

Los-Ancelesdə şiddətli meşə yanğınları yanvarın 7-də başlayıb. Yanğının genişlənməsinə şərait yaradan qasırğalı küləklər vəziyyəti daha da ağırlaşdırır. Qeyd edilir ki, yanğın hidrantlarında su çatışmazlığı da alovun söndürülməsini çətinləşdirir.

Yanğınlar səbəbindən 180 minə yaxın insan evini tərk etmək məcburiyyətində qalıb, minlərlə bina yanıb. Hollivudun bir çox məşhurları Los-Ancelesdəki evlərini itirib: aktyorlar Mel Qibson və Entoni Hopkins, müğənni Paris Hilton və başqaları. ABŞ Prezidenti Cozef Bayden yanğınları böyük fəlakət elan edib və Kaliforniya ştatına federal yardımla bağlı göstəriş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: