Zelenskidən KXDR sədrinə əsir götürülən əsgərlərlə bağlı təklif

A- A A+

Ukrayna döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən Şimali Koreya əsgərlərini Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen Ina təhvil verməyə hazırdır. Lakin hərbçilərin geri qayıtması üçün bir şərt var.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində məlumat verib.

“Ukrayna əsirləri Kim Çen Ina verməyə hazırdır, o halda ki, KXDR sədri Rusiyada əsirlikdə olan ukraynalı hərbçilərin dəyişdirilməsinə nail olsun”, - deyə Zelenski əlavə edib.

Ukrayna Prezidenti qeyd edib ki, Şimali Koreyadan əsir düşən ilk əsgərlərdən başqa, digərlərin də olacağı gözləniləndir və bu, yalnız vaxt məsələsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: