Fransa Çadda yerləşən hərbi kontingentini çıxarır. Proses mərhələli şəkildə həyata keçirilir və yanvarın 31-dək yekunlaşacağı planlaşdırılır.
NUHÇIXAN Çadın “Al Wihda” saytına istinadla xəbər verir ki, yanvarın 11-də Fransa hərbi qüvvəsi Çadın şərqində yerləşən Abeşe şəhərindəki ikinci hərbi bazasını yerli hakimiyyətə təhvil verib.
Nigeriyanın “Meteor” xəbər saytı yazır ki, Çadın müdafiə naziri general İshaq Malva Camus bazanın təhvil verilməsini “vacib mərhələ” adlandırıb və Fransa qüvvələrinin Çaddan çıxarılması prosesinin yanvarın 31-dək yekunlaşmasının “labüd, geri dönüşü olmayan və yenidən müzakirə edilməz” məsələ olduğunu vurğulayıb.
Qeyd etmək lazımdır ki, Fransa qüvvələrinin Çadı tərk etməsi prosesi ötən ilin dekabr ayından başlayıb. Ötən ay ölkənin şimalındakı Faya bazası Çad hakimiyyətinə təhvil verilib.