Cənubi Koreya kəşfiyyatı KXDR-in Kursk vilayətindəki itkilərinin sayını açıqlayıb

A- A A+

Bu günə qədər Kursk vilayətində Şimali Koreyanın hərbi kontingentinin 300-ə yaxın əsgəri həlak olub, bu isə dekabrda qeydə alınan göstəricidən 200 hərbçi çoxdur.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Koreya Respublikasının Milli Kəşfiyyat Xidmətinin qiymətləndirməsinə görə, indiyədək regionda Şimali Koreya 3 minə yaxın hərbçisini itirib ki, onların da 300 nəfəri həlak olub, 2700 nəfəri isə yaralanıb.

Cənubi koreyalı kəşfiyyatçılar Rusiya-Ukrayna müharibəsinin gedişində Şimali Koreyanın 100 hərbçisinin həlak olduğunu və 1000-ə yaxın əsgərinin isə yaralandığını bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: