Ötən il Ermənistana gələn turistlərin sayında azalma müşahidə olunub

A- A A+

2024-cü ildə Ermənistana gələn turistlərin sayı 2023-cü illə müqayisədə təxminən 7 % azalıb.

NUHÇIXAN Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan ötən ilin yekununu şərh edərkən bildirib.

"2024-cü ilin dekabrında Ermənistana 134 min turist gəlib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 2000-3000 turist azdır. Ümumilikdə, 2024-cü ildə ölkəyə 2 milyon 215 min turist gəlib ki, bu da 2023-cü ilin göstəricilərindən 7 % azdır", - o qeyd edib.

Nazirin sözlərinə görə, turist axınının azalması əsasən Rusiyadan gələn turistlərin sayında qeydə alınan azalma ilə bağlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: