Kreml: Rusiya ABŞ-nin neft-qaz sektoruna qarşı sanksiyalarının təsirini minimuma endirməyə çalışacaq

A- A A+

Rusiya ABŞ-nin ölkənin neft-qaz sektoruna qarşı sanksiyalarının nəticələrini minimuma endirmək üçün yollar axtaracaq.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Müasir dünyada vəziyyət dəfələrlə göstərib ki, enerji daşıyıcılarının təbii təchizat marşrutlarını sadəcə kəsmək mümkün deyil. Bir yerdə nəyisə bağlayanda, başqa yerdə alternativ variant yaranır. Sanksiyaların nəticələrini minimuma endirməyə imkan verəcək belə variantların axtarışı aparılacaq", - o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: