Ermənistan Maliyyə Nazirliyi: Aİİ-dən çıxmağın ölkə üçün böyük riskləri ola bilər

A- A A+

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) mümkün çıxışın risklərini qiymətləndirir.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Vahe Ovannisyan bildirib.

"Bizim müxtəlif hesablamalarımız var. Bütün riskləri, o cümlədən bu məsələ ilə bağlı riskləri qiymətləndiririk. Çoxlu risklər var", - nazir deyib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi müxtəlif ssenarilər müzakirə edir.

"Bu bizim işimizdir. Aİİ-dən çıxmaq, əgər bu gün baş verərsə, risklərlə müşayiət olunacaq", - nazirlik rəhbəri qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan hökumətin Aİİ-dən çıxmaq məsələsini nəzərdən keçirmədiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: