İranın xarici işlər naziri Abbas Ərakçinin gələn həftə Nyu-Yorka səfəri planlaşdırılır.
NUHÇIXAN “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bakai yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasında (Nyu-York) xarici işlər nazirləri səviyyəsində Fələstin məsələsinə dair görüş keçiriləcək.