Almaniya Ukraynaya iki ədəd özüyeriyən artilleriya qurğusu göndərib

A- A A+

Almaniya Ukrayna tərəfinə bir ədəd iki nəfər tərəfindən idarə olunan “RCH 155” özüyeriyən artilleriya qurğusu göndərib.

NUHÇIXAN xəbər verir ki, prosesi əks etdirən görüntülər “Welt” telekanalının efirində yayımlanıb.

Ümumilikdə rəsmi Kiyevə 54 ədəd bu tipli qurğu təhvil verəcəyi məlum olub.

Ölkənin müdafiə naziri Boris Pistorius deyib ki, bu addım Ukraynanın onların dəstəyinə hər zaman güvənə biləcəyinin bariz nümunəsidir.

Onu da xatırladaq ki, Ukrayna hökuməti Kiyevdən 18 ədəd "RCH 155" əldə edəcək. Onların bir ədədi 12 milyon avroya satılır. 18 ədədinin ümumi qiyməti 216 milyon avro təşkil edir.

Yanvarın 12-də nazir B. Pistorius rəhbərlik etdiyi qurumun Ukrayna üçün elan etdiyi yeni yardım paketinin müzakirə prosesində olduğunu açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: