Rusiya Prezidenti Vladimir Putin və bu ölkəyə rəsmi səfər edəcək İran Prezidenti Məsud Pezeşkian arasında danışıqlar yanvarın 17-də keçiriləcək.
NUHÇIXAN "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"İkitərəfli əməkdaşlığın, o cümlədən ticari-investisiya, nəqliyyat-logistika və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirəsi nəzərdə tutulur", - məlumatda qeyd olunub.
Danışıqların sonunda Putin və Pezeşkian Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayacaq və mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.