Türkiyə MİT rəhbəri “HƏMAS” rəsmiləri ilə atəşkəsi müzakirə edib

A- A A+

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalınla HƏMAS siyasi bürosunun səlahiyyətli şəxsləri arasında telefon danışığı olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Tərəflər Qəzzadakı son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı Qəzzada atəşkəsin əldə olunması ilə bağlı müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib.

Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, bu həftə Qəzzada razılığa gəlmək ehtimalı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: