Ermənistan İstintaq Komitəsinin idarə rəisi istefa verib

A- A A+

Ermənistan İstintaq Komitəsinin işgəncələr və vəzifəli şəxslər tərəfindən zorakılıq tətbiq edilməklə səlahiyyətdən sui-istifadə ilə bağlı cinayətlərin araşdırılması üzrə idarəsinin rəisi Yura İvanyan istefa ərizəsi yazıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan artıq müvafiq əmr imzalayaraq onun istefasını qəbul edib.

Y.İvanyanın istefa verməsinin səbəbləri açıqlanmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: