Rusiya və Azərbaycan Xəzərin dayazlaşması ilə bağlı məsələləri həll etmək üçün ikitərəfli işçi qrupu yaradıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF diplomatiyasının 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
RF diplomatiyasının rəhbəri qeyd edib ki, tərəflər işçi qrupunu beştərəfli formata keçirməyi planlaşdırır. Lavrov əlavə edib: “İndi ikitərəfli işçi qrupu yaratmışıq və Xəzəryanı dövlətlərin hamısının bu işdə iştirak etməsi üçün onu beştərəfli formata keçirməyi təklif etmək istəyirik. Sözsüz ki, biz beynəlxalq arenada da əməkdaşlıq edirik”.