Tehran - Van dəmir yolu yenidən fəaliyyətə başlayacaq

A- A A+

İranın Tehran şəhərindən Türkiyənin Van bölgəsinə qatar marşrutu tezliklə yenidən fəaliyyətə başlayacaq.

NUHÇIXAN “nournews.ir”a istinadən xəbər verir ki, bunu İran Dəmir Yollarının (RAI) baş direktoru Nasir Bəxtiyari bildirib.

Onun sözlərinə görə, bu yolun istifadəyə verilməsində əsas məqsəd əhaliyə keyfiyyətli xidmət göstərməkdir.

Bildirilib ki, bu nəqliyyat xəttinin açılması ilə bağlı tərəflər arasında çoxsaylı görüşlər olub, müzakirə aparılıb. Tehran-Van dəmir yolu marşrutu 2019-cu ilin iyulunda fəaliyyətə başlasa da, sonrakı illərdə layihə dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: