Monqolustan Prezidenti 21 ildən sonra Türkiyəyə rəsmi səfər edəcək

A- A A+

Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux bu gün Türkiyədə rəsmi səfər edəcək.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun sosial şəbəkə hesabında paylaşım edib.

O, qeyd edib ki, Monqolustan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 19-dək Ankarada rəsmi səfərdə olacaq. Səfər zamanı Türkiyə ilə Monqolustan münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək.

Səfər çərçivəsində yanvarın 16-da Türkiyə Prezidenti İqamətgahında keçiriləcək danışıqlarda iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün atıla biləcək addımlar diqqət mərkəzində olacaq, habelə aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

“Monqolustandan ölkəmizə dövlət başçısı səviyyəsində 21 ildən sonra baş tutacaq səfər dərin tarixi keçmişi, mədəni dəyərləri, ortaq irsimiz olan türk və monqol xalqları arasında qarşılıqlı faydalı əsasda dostluq münasibətlərinin daha da inkişafına kömək edəcək", - Fahrettin Altun bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: