Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin zabiti Krıma hücum zamanı Ukraynaya ordusuna məxsus PUA-nın əvəzinə Rusiya Aerokosmik Qüvvələrinin "Mil Mi-8" helikopterini vurmaqda təqsirli bilinib.
NUHÇIXAN bu barədə "Kommersant"a istinadən xəbər verib.
Belə ki, Krımda hava hücumundan müdafiə bölmələrindən birində operativ növbətçi komanda məntəqəsinin baş köməkçisi vəzifəsində çalışmış zabit İqor Paşkov ehtiyatsızlıqdan üç ekipaj üzvünün ölümünə səbəb olan insidentlə əlaqədar hakim qarşısına çıxarılıb.
Məhkəmənin qərarı ilə rusiyalı zabit üç il müddətinə azadlıqdan məhrum edilib.
Üstəlik İqor Paşkov Rusiya Müdafiə Nazirliyinə beş milyon, həlak olan ekipaj üzvlərinin dul arvadlarına isə üç milyon rubl təzminat ödəməli olacaq.