Los-Anceles dairəsində yanğınlarla bağlı cinayətlərin araşdırılması və qarətçilərin məhkəmə təqibi ilə Birləşmiş Regional Xüsusi Qrup məşğul olacaq.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilir.
Yeni qrup qarətçilik, yanğın törətmə, pilotsuz uçuş aparatlarının qanunsuz uçuşları və həm yanğın qurbanlarına, həm də ianə vermək istəyənlərə qarşı yönəlmiş maliyyə fırıldaqçılığı hallarının araşdırılmasına diqqət yetirəcək.
"Bərpa prosesi başlayır, ianələr və yardım vəsaitləri daxil olur və biz əmin olmalıyıq ki, cinayət yolu ilə qazanc əldə etməyə çalışanlar tam məsuliyyətə cəlb olunacaqlar", - Kaliforniya mərkəzi dairəsinin prokuroru Martin Estrada bildirib.