BMT Ukraynadakı müharibədən zərər çəkən qaçqınlara dəstək məqsədilə 3,32 milyard dollarlıq yardım üçün müraciət edib.
NUHÇIXAN-ın məlumatına görə, BMT bununla bağlı tərəfdaşlarına çağırış edib.
Müraciət Ukrayna daxilində və başqa ölkələrə sığınan 8,2 milyon insana yardım etmək məqsədi daşıyır.
Çağırışda Ukraynadakı humanitar təşkilatların 2025-ci ildə 6 milyon insana qida, səhiyyə, sığınacaq, pul yardımı və digər zəruri xidmətlər göstərməyi hədəflədikləri qeyd edilib.
BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi evlərini tərk etməyə məcbur olan milyonlarla ukraynalıya davamlı dəstəyin vacibliyini vurğulayıb.