Myanmada palçıq axını nəticəsində ölənlərin sayı 32-yə çatıb

A- A A+

Myanmanın Kaçin ştatında neftir mədənində baş verən palçıq axını nəticəsində ölənlərin sayı 32-yə çatıb.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, bu barədə bölgənin səlahiyyətli qurumları açıqlama yayıblar. Üç gün davam edən axtarışlar zamanı dağıntılar altından 31 nəfərin meyiti tapılıb. Ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan bir nəfər isə 3 gün sonra ölüb. Ölənlərdən 6-sı uşaqdır.

Hazırda evlər palçıq axınından təmizlənir. Bir neçə nəfər itkin düşmüş hesab olunur. Bölgədə yollar tam açılmayıb.

Qeyd edək ki, təbii fəlakət yanvarın 13-də Hpakant rayonunun Spaut kəndində gecəyarı baş verib. Təxminən 50 ev palçıq axınının altında qalıb. Hpakant nefrit daşı ilə zəngindir. Dünyanın ən böyük neft mədəni məhz Hpakant ərazisindədir. Buradakı nefrit ehtiyatının ümumi dəyəri 30 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Təxminən 400 min nəfərin qazancı nefrit mədənləridir. Texniki təhlükəsizlik məsələlərinə diqqət yetirilməməsi səbəbindən bölgədə tez-tez bədbəxt hadisələr baş verir. 2020-ci ildə baş verən torpaq sürüməsi nəticəsində 162, 2015-ci ildəki uçqunda isə 110-dan çox adam ölüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: