İsrailin hərbi-siyasi kabineti HƏMAS ilə razılaşmanı təsdiq edəcəyi təqdirdə Qəzzadan ilk girovlar razılaşdırılmış plana uyğun olaraq artıq yanvarın 19-da azad edilə bilər.
NUHÇIXAN İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun dəftərxanası məlumat yayıb.
"Razılaşma Nazirlər Kabineti və hökumət tərəfindən təsdiqlənəcəyi və qüvvəyə minəcəyi halda girovların azad edilməsi plana uyğun olaraq həyata keçirilə bilər. Bu plana əsasən, girovların bazar günü azad edilməsi gözlənilir", - məlumatda qeyd olunub.