Türkiyənin Milli Müdafiə Nazirliyi cümə günü, yanvarın 17-də Suriyanın şimalında hücuma hazırlaşan 29 YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, Milli Müdafiə Nazirliyi terror təhlükəsi ilə mübarizədə qətiyyətli olduğunu bəyan edib.
“Terrorçuların qaçmağa yeri yoxdur. Heç bir bölgə silahlı cinayətkar fəaliyyət üçün təhlükəsiz deyil. Əməliyyatlar son terrorçu məhv edilənə qədər davam edəcək”, - deyə nazirlikdən bildirilib.
Bundan əvvəl Milli Müdafiə Nazirliyi 2024-cü ilin yanvar ayından regionda zərərsizləşdirilən terrorçuların statistikasını açıqlayıb.
Nazirliyin məlumatına görə, ötən il yanvarın 1-dən bu günə qədər İraqın şimalı və Suriya da daxil olmaqla regionda azı 3250 terrorçu məhv edilib.