“TikTok” Ağ evə çağırış edib: Aydınlıq gətirilməsə, ölkədəki fəaliyyətimizi dayandıracağıq

A- A A+

“TikTok” bazar günü Cozef Bayden administrasiyası və Ədliyyə Nazirliyindən qüvvəyə minməli olan qadağa barədə daha aydın məlumat almasa, fəaliyyətini dayandırmağı planlaşdırdığını təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə servisin “X” hesabında bildirilib.

“Bu gün (yanvarın 17-də – red.) həm Baydenin Ağ evi, həm də Ədliyyə Nazirliyi tərəfindən verilmiş bəyanatlar 170 milyondan çox amerikalı üçün “TikTok”un əlçatanlığını təmin etməkdə mühüm rol oynayan xidmət təchizatçılarına lazımi aydınlıq və zəmanətlər verə bilməyib”, – şirkət açıqlayıb.

Servis yanvarın 19-da ABŞ-dəki fəaliyyətini dayandıra biləcəyini vurğulayıb: “Bayden administrasiyası ən vacib xidmət təchizatçılarını təmin etmək üçün tədbirlərin tətbiq edilməyəcəyinə dair dərhal yekun bəyanat verməsə, təəssüf ki, “TikTok” yanvarın 19-da fəaliyyətini dayandırmağa məcbur olacaq”.

Xatırladaq ki, daha əvvəl ABŞ Ali Məhkəməsi “TikTok”un Çinin ana şirkəti “ByteDance”ə satılmasını və ya ölkədə tamamilə qadağan edilməsini tələb edən qanunu təsdiqləmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: