Rusiya XİN: Tramp və Panama rəhbərliyi müzakirələrdə Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət etməlidir

A- A A+

Rusiya Tramp və Panama rəhbərliyinin müzakirələr zamanı Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmətlə yanaşcağını gözləyir.NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya Panama kanalının beynəlxalq hüquqi rejiminin 1977-ci il ABŞ-Panama müqaviləsində aydın şəkildə müəyyən edilməsindən çıxış edir.

"Tramp və Panama rəhbərliyi müzakirələrdə Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət etməlidir" deyə rusiyalı nazir müavini vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin yeni prezidenti Donald Tramp Panama kanalının Amerikanın nəzarətinə keçməli olduğunu bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: