Ermənistanda bağçada yanğın baş verib, 117 uşaq təxliyə edilib

A- A A+

Ermənistanın Spitak şəhərindəki uşaq bağçalarından birində yanğın baş verib.

NUHÇIXAN erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə Lori vilayəti Xilasetmə İdarəsinin Böhranları İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hadisə yerinə iki yanğınsöndürən briqada göndərilib. Yanğın söndürülüb. Hadisə nəticəsində sanitar qovşağında asma tavanın 1 kvadratmetrə yaxın sahəsi yanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: