Ermənistan regionda bütün kommunikasiyaları açmağa hazırdır.
NUHÇIXAN erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
Onun sözlərinə görə, İrəvan Moskva ilə dialoqu davam etdirmək niyyətindədir və Rusiya Federasiyasının beynəlxalq platformalarda Ermənistanın maraqlarını müəyyən dərəcədə nəzərə alacağına ümid edir.
A.Mirzoyan vurğulayıb ki, Ermənistan həmişə açıq və konstruktiv dialoq prinsiplərinə sadiq olub.
"Ümid edirik ki, Rusiya tərəfi gələcəkdə də baş verənlərin bütün aspektlərini nəzərə alacaq və təəssüf ki, son vaxtlarda, son günlərdə şahidi olduğumuz birtərəfli şərhlərdən çəkinəcək. Ümid edirəm ki, görüşümüz qarşılıqlı anlaşmaya töhfə verəcək", - Ermənistan XİN başçısı qeyd edib.