Aİ iqlim dəyişikliyi ilə mübarizədə tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək

A- A A+

Qlobal istiləşmə hələ də ən vacib problemlərdən biridir, Aİ iqlim dəyişikliyi ilə mübarizə üçün tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

NUHÇIXAN “İnterfaks”a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen deyib.

"Avropa bu yolda qalacaq və təbiəti qorumaq və qlobal istiləşməni dayandırmaq istəyən bütün millətlərlə işləməyə davam edəcək", - o, Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Fon der Lyayen ehtimal edib ki, növbəti illərdə bütün ölkələr sıfır emissiyaya keçidi sürətləndirməli, həmçinin iqlim dəyişikliyinin nəticələri ilə mübarizə aparmalıdır.

AK sədrinin sözlərinə görə, Paris İqlim Sazişi bütün bəşəriyyət üçün ümiddir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: